Yuxarı

Barak Obama: "Tehranın məntiqsiz davranışı sanksiyaların davam etməsinə səbəb ola bilər"

Barak Obam: İran qonşu dövlətlərə münasibətdə sabitliyi pozur

Bakı. 13 may. REPORT.AZ/ "ABŞ-ın Yaxın Şərqdə müstəsna maraqları var, İran isə qonşu dövlətlərə münasibətdə sabitliyi pozur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama "Əş-Şərk əl-Ausat" qəzetinə müsahibəsində deyib: "İki il öncə BMT-dəki çıxışımda dediyim kimi Yaxın Şərqdə xarici təcavüzə, enerjidaşıcılarının sərbəst axınına, azad ticarətə, beynəlxalq sularda, o cümlədən Hörmüz və Bab-əl Məndəb boğazlarında sərbəst hərəkətə qarşı fəaliyyətə ABŞ cavab verməklə yanaşı, həmin bölgədə müstəsna maraqlarımız da var. Mən açıq-aşkar demişəm, ABŞ maraqlarını qorumaq üçün gücünün bütün elementlərindən istifadə edəcək".

"Suriya və Yəməndə vəziyyətin gərginləşəməsində İranın rolundan ehtiyat edilmir" sualına cavabda Barak Obama bildirib: "İran bölgədəki çeşidli dövlətlərdə sabitliyin pozulması istiqamətində təhlükəli addımlar atır. İran terrorçuluğun himayəçisidir. Ona görə də İranın fəaliyyətindən, o cümlədən başqa dövlətlərin sərhədləri yaxınlığında fəaliyyətini dəstəklədiyi "oyuncaq" qurumlardan bölgə dövlətləri haqlı olaraq, narahatdırlar".

B.Obama qeyd edib ki, İranın nüvə proqramı məsələsində razılıq əldə edilsə də, Tehranın məntiqsiz davranışı sanksiyaların davam etməsinə səbəb ola bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi