ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib

ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib Sammitin əsas məqdəsi nüvə terrorçuluğu ilə mübarizə aparmaq və nüvə silahı ehtiyatını azaltmaqdır
Region
15 Dekabr , 2015 03:30
ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Gürcüstanın hökümət başçısı İrakli Garibaşvilini 2016-cı ildə Vaşinqtinda keçiriləcək Nüvə təhlükəsizliyinə dair beynəlxalq sammitə dəvət edib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, martın 31-dən aprelin 1-dək keçiriləcək tədbirdə ABŞ başda olmaqla nüvə silahına malik ölkələrin, habelə nüvə silahının yayılmamasında maraqlı olan ölkələrin liderləri iştirak edəcək.

Sammitin əsas məqdəsi nüvə terrorçuluğu ilə mübarizə aparmaq və nüvə silahı ehtiyatını azaltmaqdır.

Obamanın Tiflisə göndərdiyi məktubda qeyd olunur ki, "Gürcüstan nüvə təhlükəsizliyi sahəsindəki dəstəyini aydın şəkildə ortaya qoyub".

Son xəbərlər

Orphus sistemi