Yuxarı

​ABŞ “Patriot” zenit raket komplekslərini Türkiyədən çıxarır

Komplekslər modernləşdirilmə üçün ABŞ-a aparılacaq

Bakı. 17 Avqust. REPORT.AZ/ ABŞ bu ilin oktyabr ayında cari missiyası başa çatdıqdan sonra “Patriot” zenit raket komplekslərinin Türkiyə ərazisində qalma müddətini uzatmayacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

NATO-ya üzv ölkələrin altı “Patriot” batareyası (ABŞ, Almaniya və Niderland) 2013-cü ilin fevral ayında Türkiyənin Suriya ilə sərhəd ərazilərində yerləşdirilib. Onların missiyası ölkəni Suriya tərəfdən mümkün hava hücumlarından qorumaq idi.

"ABŞ Türkiyə hökumətini məlumatlandıraraq bildirib ki, Amerikanın “Patriot” komplekslərinin oktyabrda başa çatacaq yerləşdirilmə müddəti uzadılmayacaq", — deyə bəyanatda bildirilir.

Həmçinin, qeyd olunur ki, raket kompleksləri son dərəcə zəruri modernləşdirilmə üçün ABŞ-a aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi