ABŞ MKİ-nin İranda dövlət çevirilişində iştirakı ilə bağlı sənədlərin məxfilik müddəti uzadılıb

ABŞ MKİ-nin İranda dövlət çevirilişində iştirakı ilə bağlı sənədlərin məxfilik müddəti uzadılıb ABŞ və Britaniya xüsusi xidmət orqanlarının 1953-cü ildə Məhəmməd Müsəddiq hökumətinin devrilməsində birbaşa iştirak etdiyi ehtimal olunur
Region
19 Aprel , 2017 17:01
ABŞ MKİ-nin İranda dövlət çevirilişində iştirakı ilə bağlı sənədlərin məxfilik müddəti uzadılıb

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ hakimiyyəti 1953-cü ildə İranda dövlət çevirilində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iştirakı haqqında sənədlərin açıqlanmasına qoyula qadağanın müddətini uzadıb.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, həmin sənədlərin tarixçilər tərəfindən araşdırlması dayandırlıb.

Məlumata görə, məxfilik müddəti artırılan sənədlərdə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının 1953-cü ildə Məhəmməd Müsəddiq hökumətinin devrilməsində birbaşa iştirak etdiyinin yazıldığı ehtimal olunur.

2013-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi və “Mİ-6”nın həmin çevirilişdə rolu ilə bağlı bəzi materiallar açıqlanıb. Ancaq həmin sənədlərin çoxu hələ də “məxfi” qrif altında saxlanılır. 

Bəzi məlumatlara görə, İranın o vaxtkı baş naziri M.Müsəddiq və onun komandasının hakimiyyətinin devrilməsi üçün 21 milyon dollar pul xərclənib.

Qeyd edək ki, M.Musəddiq 1951-ci il aprelin 28-dən 1953-cü il avqustun 19-dək İranın baş naziri olub. O, 1882-ci il iyunun 16-da Tehranda anadan olub. M.Musəddiq 1922-1923-cü illərdə Azərbaycan valisi olub. O, 1949-cu ildə Milli Cəbhə adlanan siyasi təşkilatı yaradıb. 1951-ci ildə İran parlamentində neft sənayəsinin milliləşdirilməsi qərarının qəbulunda iştirak edib. Həmin il İranın baş naziri olub və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. Bu zəmində onun İngiltərə və İranın neft şirkəti arasında qarşıdurma baş verib. 1953-ci ilin avqustunda hakimiyyətdən uzaqlaşdırılıb və bir daha siyasətə qayıtmayıb. 1967-ci il martın 5-də vəfat edib. 

Son xəbərlər

Orphus sistemi