ABŞ MKİ-nin direktoru xarici ölkəyə ilk rəsmi səfərini Türkiyəyə edəcək

ABŞ MKİ-nin direktoru xarici ölkəyə ilk rəsmi səfərini Türkiyəyə edəcək Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq
Region
8 Fevral , 2017 11:16
ABŞ MKİ-nin direktoru xarici ölkəyə ilk rəsmi səfərini Türkiyəyə edəcək

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mayk Pompeo fevralın 9-da Türkiyəyə səfər edəcək. 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Adminstrasiyası yayıb.  

İnformasiyaya əsasən, bu M.Pompeonun xarici ölkəyə ilk rəsmi səfəridir. 

Məlumatda bildirilib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər, o cümlədən terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu “PYD”nin fəaliyyəti, habelə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi