Yuxarı
    Bağlamaq

    ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı şərtlər açıqlanıb

    ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməlidir

    Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, həmin şərtlər belədir: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübütlar təqdim edilməli, ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməli.

    Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: “Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlara ön şərtsiz başlayıb”.

    Qeyd edək ki, oktyabrın 18-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə təmsilçiləri arasında viza böhranı müzakirə ediləcək.

    Oktyabrın 16-da ABŞ Dövlət Departamenti müşavirinin müavini Conatan Kohenin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə ikigünlük səfərə gəlib.

    Amerikalı diplomatların Türkiyə rəsmiləri ilə Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. Hazırkı böhranın həlli üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.

    Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı ilə təmaslarda şübhəli bilinərək tutulmuşdu. O, saxlanılandan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.

    İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı ötən gün azadlığa buraxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi