​ABŞ Konqresinin üzvü: "Gürcüstanın keçmiş baş nazirinin bank hesablarını dondurun"

​ABŞ Konqresinin üzvü: "Gürcüstanın keçmiş baş nazirinin bank hesablarını dondurun" Stiv Rassel bildirib ki, Bidzina İvanişvili hökumətə hələ də təsir edə bilir
Region
22 Aprel , 2016 14:27
​ABŞ Konqresinin üzvü: Gürcüstanın keçmiş baş nazirinin bank hesablarını dondurun

Bakı. 22 aprel. REPORT.AZ/ "Amerika prezidentini Gürcüstanda keçirilən seçkinin müşahidə edilməsi prosesinə yardım etməyə, ABŞ-ın Maliyyə Nazirliyi və Qərb dövlətlərinin banklarını Bidzina İvanişvilinin hesablarını dondurmağa çağırırıq".

"Report" Gürücüstan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Stiv Rassel bəyan edib.

O bildirib ki, Bidzina İvanişvili hökumətə hələ də təsir edə bilir: "Xatırladım ki, Gürcüstanın keçmiş baş naziri Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir".

Qeyd edək ki, 60 yaşlı gürcü milyarder Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. 2013-cü il noyabrın 23-də siyasətlə məşğul olmayacağını bəyan edərək istefa verib. 

Son xəbərlər

Orphus sistemi