ABŞ Konqresi Ukrayna ordusuna 150 milyon dollar ayırmağı təklif edib

ABŞ Konqresi Ukrayna ordusuna 150 milyon dollar ayırmağı təklif edib Qanun vəsaitin 30 sentyabr 2017-ci tarixinədək verilməsini nəzərdə tutur
Region
3 Mart , 2017 08:29
ABŞ Konqresi Ukrayna ordusuna 150 milyon dollar ayırmağı təklif edib

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın müdafiə büdcəsinin yeni layihəsində Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsi Ukrayna silahlı qüvvələrinə dəstək məqsədi ilə 150 milyon dolların ayrılmasını təklif edib.

"Report"un məlumatına görə, sənədin mətnində qeyd olunur ki, maliyyə yardımı 30 sentyabr 2017-ci tarixinədək verilməlidir.

Bildirilir ki, vəsait ölkənin Müdafiə Nazirliyi və dövlət katibinin ixtiyarında olmalı və kadrların hazırlanması, avadanlıq tədarükü, müdafiə xarakterli letal silahların alınması, maddi-texniki təminat və s. məqsədi ilə istifadə edilməlidir.

Nümayəndələr Palatası qanunu nəzərdən keçirməli və bu büdcə layihəsi barəsində müvafiq qərar qəbul etməlidir. Sənəd təsdiq olunacağı təqdirdə, qanun növbəti mərhələdə prezident tərəfindən nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi