ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər

ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Konqresində ABŞ-dan Gürcüstana raket satışına qadağa qoyulması təklif edilib.
Region
13 Dekabr , 2017 11:05
ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Konqresində ABŞ-dan Gürcüstana raket satışına qadağa qoyulması təklif edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi respublikaçı senator Pol Rendom tərəfindən hazırlanıb.

P.Rendom Gürcüstan hökumətinin təklif olunan xarici hərbi satış barədə sənədi təsdiq etməməsi ilə əlaqədar Tbilisiyə 410 "Javelin" raketi, eləcə də 72 blok nişan-işəsalma qurğusunun satışına qadağa qoyulmasını istəyib.

Konqresin P.Rendomun layihəsini təsdiqləyəcəyi, ardından ABŞ Prezidenti Donald Trampın müvafiq qanunu imzalayacağı təqdirdə sənəd qüvvəyə minəcək və ABŞ raketlərinin Gürcüstana tədarükünü dayandıracaq.

Son xəbərlər

Orphus sistemi