ABŞ-ın yeni səfiri Moskvaya gəlib

ABŞ-ın yeni səfiri Moskvaya gəlib D.Hantsman: "ABŞ-ın Rusiyadakı səfiri kimi böyük ölkəmizə xidmət göstərməyi özüm üçün şərəf hesab edirəm"
Region
2 Oktyabr , 2017 09:40
ABŞ-ın yeni səfiri Moskvaya gəlib
Reuters

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman həyat yoldaşı ilə birlikdə Moskvaya gəlib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin sözçüsü Mariya Olson "Twitter" hesabında yazıb.

"Rusiyaya xoş gəlmişsiniz, səfir və xanım Hantsman", - M.Olson yazıb.

Qeyd edək ki, daha əvvəl yeni səfir "Twitter"də "ABŞ-ın Rusiyadakı səfiri kimi böyük ölkəmizə xidmət göstərməyi özüm üçün şərəf hesab edirəm" postunu paylaşıb.

Son xəbərlər

Orphus sistemi