Yuxarı
    Bağlamaq

    ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək

    Co Baydeni müşayət edəcək nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Con Kerri də daxildir

    Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden avqustun 24-də Türkiyəyə səfər edəcək. 

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 

    C.Baydeni müşayət edəcək nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Con Kerri də daxildir. 

    "İyulun 15-dən (Türkiyədə çevriliş cəhdindən - red) sonra ABŞ-ın mövqeyi yaxşılaşıb və onlar fəaliyyətə başlayıblar. ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək", - deyə Türkiyənin baş nazir "Doğan" agentliyinə bildirib.

    Baş nazir vurğulayıb ki, bu gün Fətullahçı terror təşkilatı (FETÖ) ilə birbaşa əlaqəsi olmayanları ayırmaq çox çətindir. Onun sözlərinə görə, Türkiyə hökuməti bu istiqamətdə səhv etməmək üçün böyük səy göstərir.

    Baş nazir diqqətə çatdırıb ki, FETÖ terror qruplaşması ilə əlaqəsi olduğu aşkarlandığına görə indiyə qədər 76,5 min dövlət qulluqçusu işdən azad edilib, 4,8 min məmur və təqribən 3 min hərbçi vəzifədən kənarlaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi