ABŞ-ın üç senatoru​ seçkiləri müşahidə etmək üçün İrana getmək istəyir

ABŞ-ın üç senatoru​ seçkiləri müşahidə etmək üçün İrana getmək istəyir Senatorlar: "ABŞ xalqının İslam Respublikası barədə həqiqətləri etibarlı mənbələrdən bilmək haqları var"
Region
5 Fevral , 2016 15:03
ABŞ-ın üç senatoru​ seçkiləri müşahidə etmək üçün İrana getmək istəyir

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar Partiyasından olan 3 senator fevralın 26-da İranda keçiriləcək parlament və Dini Ekspertlər Şurasına seçkiləri müşahidə etmək üçün rəsmi Tehrandan viza istəyib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu məqsədlə onlar İslam Respublikasının ABŞ-da mənafeyini müdafiə edən büroya müraciət ediblər.

Senatorlar Mik Pompeo, Li Zeldin ve Frank Lo Biondon İranın məsul şəxslərinə yazılı müraciətində ABŞ xalqının İslam Respublikası barədə gerçəklikləri etibarlı mənbələrdən bilmək haqlarının olduğunu vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi