Yuxarı
    Bağlamaq

    ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini məhdudlaşdırıb

    ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər

    Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizliklə əlaqədar fəaliyyətini məhdudlaşdırıb."Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ankaradakı səfirliyi viza müraciətləri ilə bağlı qəbullar daxil olmaqla, bir sıra xidmət növlərini təxirə salıb.

    Səfirlik, ABŞ vətəndaşlarını bazar ertəsi və çərşənbə axşamı səfirlik binasına gəlməməyə çağırıb.

    ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər.

    Xatırladaq ki, terrorçu İŞİD qruplaşmasının mümkün hücumu ilə bağlı kəşfiyyat məlumatlarının əldə olunmasından sonra ötən həftə ABŞ-ın İstanbuldakı konsulluğu oxşar xəbərdarlıq yaymışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi