​ABŞ-ın Türkiyədəki konsulluğu bu gün fəaliyyətini bərpa edəcək

​ABŞ-ın Türkiyədəki konsulluğu bu gün fəaliyyətini bərpa edəcək Dövlət Departamentinin təmsilçisi konsulluğun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqda danışmayıb
Region
11 Avqust , 2015 09:22
​ABŞ-ın Türkiyədəki konsulluğu bu gün fəaliyyətini bərpa edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin təmsilçisi İstanbulun Sarıyer rayonundakı konsulluğunun bu gün fəaliyyətə başlayacağını bildirib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Mən konsulluğun çərşənbə axşamı açılacağını deyə bilərəm", - Dövlət Departamentinin təmsilçisi Con Kirbi deyib.

O, terrorçuların silahlı basqınından sonra konsulluğun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqda məlumat verməyib.

Qeyd edək ki, dünən iki terrorçu qadın konsulluğun binasına basqın etmişdi. 

Son xəbərlər

Orphus sistemi