Yuxarı

​ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri viza verilməsini dayandırıb

Buna səbəb kimi İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqın göstərilib

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ Türkiyədə konsulluq xidmətini dayandırıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Buna səbəb kimi bazar ertəsi günü səhər saatlarında İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqın göstərilib.

Xəbərə görə, konsulluq növbəti xəbərdarlığadək bağlı qalacaq.

"Bu gün səhər saatlarında baş verən hadisəyə görə konsulluq bağlı qalacaq. Diplomatik missiyanın fəaliyyətə başlayacağı haqda məlumat veriləcək", - ABŞ-ın Baş Konsulluğu "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, konsulluğa hücumu iki qadın törədib. Yaralı olaraq, təslim olan qadınlardan birinin şəxsiyyəti məlum olub. 51 yaşında Xədicə Aşıq terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası -Cəbhəsinin (DHKP-C) üzvüdür. Məlumatda bildirilib ki, o, 2005-ci ildən terroçu-kamikadze kimi axtarışda olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi