ABŞ-ın Türkiyədəki diplomatik binaları qarşısında aksiyalar keçirilib

ABŞ-ın Türkiyədəki diplomatik binaları qarşısında aksiyalar keçirilib ABŞ-ın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğunun binaları qarşısında aksiyalar keçirilib.
Region
29 Yanvar , 2020 01:58
ABŞ-ın Türkiyədəki diplomatik binaları qarşısında aksiyalar keçirilib

ABŞ-ın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğunun binaları qarşısında aksiyalar keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Məlumata görə, aksiyaçılar Birləşmiş Ştatlar prezidenti Donald Tramp tərəfindən Yaxın Şərq üzrə təklif edilmiş "əsrin sazişi"nə etirazlarını bildiriblər. Onlar ABŞ əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Çərşənbə axşamı ABŞ prezidenti İsrail və Fələstinin arasında regionda münaqişəyə son qoymalı olan razılaşma layihəsinin tamamlandığını elan edib. Tramp bildirib ki, plan Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi