Yuxarı

​ABŞ Rusiyanın "Rosneft" şirkətinə sanksiya tətbiq edib

İş adamı Gennadi Timçenko da sanksiyaya məruz qalıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-ın Ticarət Nazirliyi Rusiyanın "Rosneft" şirkətinə və iş adamı Gennadi Timçenkoya sanksiya tətbiq edib.

"Report" "RBK"-ya istinadən xəbər verir ki, bu haqda nazirliyin saytında məlumat yayılıb.

Sanksiya Ukraynanın şərqində Rusiyanın yürütdüyü siyasətlə bağlıdır.

Məlumata görə, sanksiya siyahısına "Rosneft"in aşağıdakı strukturları daxil edilib: "Vankorneft", "Neft -Aktiv", "Samotlornefteqaz", "Orenburqneft", "Verxneçonsknefteqaz", "RN - Yuqansknefteqaz", habelə Açin, Anqar, Kuybışev, Novokuybışev, Sızran və Komsomol neft-emalı zavodları daxildir.  

Bunlarla yanaşı, "Rosneft Trading", "Rosneft Trade Ltd" və "RN-Holdinq" (keçmiş "TNK-VP Holdinq") şirkətləri də sanksiya siyahısına daxil edilib.

Bir neçə şirkət isə Genneadi Timnçenkoya görə həmin siyahıya düşüb. Bunlar "IPP Oil Products", "Airfix Aviation Oy", "Set Petrochemicals Oy", "Southeast Trading Oy" və "SouthPort Management Services Ltd" biznes strukturlarıdır. 

Xəbərə görə, "Rosneft" və Gennadi Timçenko ilə əməkdaşlıq edən, onları dəstəkləyən ABŞ-dakı şirkətlər və vətəndaşlara eyni yasaqlar tətbiq ediləcək.

ABŞ-ın Moskvadakı səfirliyi bildirib ki, Ticarət Nazirliyinin yaydığı sənəd genişləndirilmiş sanksiya deyil və daha çox daxili bazar üçün həyata keçirilən tədbirdir: "Bununla ixracat üzərində maliyyə nəzarəti həyata keçirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi