Yuxarı

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyə və İordaniyaya səfər edəcək

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyə və İordaniyaya səfər edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri 4-14 dekabr tarixlərində Türkiyəyəİordaniyaya səfər edəcək", - deyə məlumatda bildirilir.

Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi və Suriyadakı vəziyyətin həllini müzakirə edəcəyi qeyd olunur.

Bundan əvvəl Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi