Yuxarı
    Bağlamaq

    ABŞ-ın Rusiyadakı səfirliyi viza verilməsi üzrə imtinaların sayını çoxaldıb

    Hər gün 50-60 adama rədd cavabı verilir

    Bakı. 1 avqust. REPORT.AZ/ Moskvanın ABŞ səfirliyi ştatının azaldılması barədə qərarından sonra Rusiyada Amerika vizalarının verilməsi üzrə imtinaların sayı xeyli artıb.

    "Report" xəbər verir ki, bu barədə "The New York Tmes" nəşri yazıb.

    Nəşrin rəyinə görə, bu, səfirliyin bəzi funksiyalarını, xüsusilə viza verilməsini poza bilər.

    Viza verilməsi ilə məşğul olan şirkət əməkdaşı Şavkat Butayev bildirib ki, viza verilməsinə imtinaların sayı indidən artıb:

    "Heç vaxt belə şey olmayıb: hər gün 50-60 adama rədd cavabı verirlər, onların əksəriyyəti gənc qadınlardır", — deyə Butayev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi