Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın ordu generalı: "Gürcüstana hava və tank desantları göndəriləcək"

    Gürcüstanlı hərbi ekspert Georgi İnauri təlimdən sonra hərbi texnikanın ölkədə qalacağını gözləmədiyini bildirib

    Bakı. 11 mart. REPORT.AZ/ Bu ilin mayında "Layiqli tərəfdaş" adı altında keçiriləcək Gürcüstan-ABŞ genişmiqyaslı hərbi təlimində iştirak etmək üçün ABŞ bu ölkəyə hava və tank desantları göndərir.

    "Report" Gürsütan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşununun komandanı, general-leytenant Ben Xoces "Defencenews"a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, ABŞ Gürcüstana "Bredli" tipli piyadaların döyüş maşını və "Abraams" tanklarını göndərir.

    "Bu təlimdə iştirak etmək üçün Gürcüstana tank və hava desantları da gedəcək. Onlar Gürcüstan ordusunun komandirlərinə tabe olacaq", - deyə general-leytenant söyləyib.

    Gürcüstanlı hərbi ekspert Georgi İnauri təlimdən sonra hərbi texnikanın ölkədə qalacağını gözləmədiyini bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi