Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

    Pentaqon başçısının Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasına baş çəkəcəyi gözlənilir

    Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eş Karter bu gün Türkiyəyə səfər edəcək. 

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon başçısı İŞİD-ə qarşı mübarizə ilə bağlı ABŞ prezidenti Barak Obamaya hesabat verdikdən sonra Türkiyəyə yola düşəcək. 

    Məlumata görə, Pentaqon başçısının Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasına gedəcəyi, oradakı ABŞ hərbçiləri ilə görüşəcəyi gözlənilir. Onun Türkiyə rəsmiləri ilə görüşlər keçirəcəyi də istisna edilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi