​ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

​ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək Pentaqon başçısının Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasına baş çəkəcəyi gözlənilir
Region
14 Dekabr , 2015 10:18
​ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eş Karter bu gün Türkiyəyə səfər edəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon başçısı İŞİD-ə qarşı mübarizə ilə bağlı ABŞ prezidenti Barak Obamaya hesabat verdikdən sonra Türkiyəyə yola düşəcək. 

Məlumata görə, Pentaqon başçısının Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasına gedəcəyi, oradakı ABŞ hərbçiləri ilə görüşəcəyi gözlənilir. Onun Türkiyə rəsmiləri ilə görüşlər keçirəcəyi də istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi