Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın müdafiə naziri Türkiyədə İncirlik hərbi bazasına baş çəkib

    Eşton Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir

    Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədə İncirlik hərbi bazasına baş çəkib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bazaya baş çəkməsinin səbəbləri haqda danışıb. E.Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir.

    O, ABŞ, Türkiyə, İspaniya və Qətərin hərbi hava qüvvələrinin nümayəndələri ilə toplantı keçirib.

    ABŞ-ın müdafiə nazirinin Türkiyə rəsmiləri ilə görüş keçirəcəyi də gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi