Yuxarı

​ABŞ-ın müdafiə naziri: "Bəşşar Əsədə yardım etdikləri üçün İran və Rusiya peşman olacaq"

Eşton Karter: Biz yardım edənləri də, etməyənləri də yadda saxlayırıq

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya və İranın Bəşşar Əsədi dəstəkləməsi Suriyadakı vətəndaş müharibəsinin uzanmasına və ağır nəticələrə səbəb olur.

"Report" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter yerli CBS telekanalının aparıcısının sualına cavabında bildirib.

"Okeanın o biri üzündəki tərəfdaşlarımıza birbaşa deyirəm, bu məsələdə "müftəxor" ola bilməz, çünki nəticədə biz udacağıq. Biz yardım edənləri də, etməyənləri də yadda saxlayırıq. Biz heç kimə minnət etmirik", - deyə Pentaqon rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, əksər dövlətlər Rusiya və İranın Suriyadakı fəaliyyətinin yaxşı nəticə vermədiyi qənaətindədir: "İran və Rusiya bundan peşman olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi