ABŞ-ın Mərkəzi Komandanlığının rəisi: “İran ABŞ üçün başlıca təhlükə mənbəyidir”

ABŞ-ın Mərkəzi Komandanlığının rəisi: “İran ABŞ üçün başlıca təhlükə mənbəyidir” Co Votel : “İran normal rəqabətlə silahlı münaqişə arasındakı boz zonada fəaliyyət göstərir”
Region
30 Mart , 2017 16:53
ABŞ-ın Mərkəzi Komandanlığının rəisi: “İran ABŞ üçün başlıca təhlükə mənbəyidir”

Bakı. 30 mart. REPORT.AZ/ “İran ABŞ üçün uzun müddətli başlıca təhlükə mənbəyidir”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Komandanlığının rəisi general Co Votel Konqresin Silahlı Qüvvələr üzrə Komitəsində keçirilən dinləmələrdə deyib.

O bildirib ki, rəsmi Tehranla nüvə proqramı üzrə razılaşma İranın siyasi kursuna təsir etməyib: “Fikrimcə, İran normal rəqabətlə silahlı münaqişə arasındakı boz zonada fəaliyyət göstərir. Biz İrana qarşı fəaliyyət göstərmək üçün yollar axtarmalı, gerçək motivləri göstərməli və onu fəaliyyətinə görə cavab verməyə məcbur etməliyik. Bunun üçün də güclü olmalıyıq ki, bizə etibar etsinlər”.

Mərkəzi Komandanlığın rəhbəri İran hakimiyyətini peyklərdən istifadədə və kiberhücumlarda ittiham edib.

Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının sədri Pol Rayyan İsrailyönlü “AİPAC”ın konfransında çıxışı zamanı İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu qruplaşmalar siyahısına salınmasını təklif edib.  

Son xəbərlər

Orphus sistemi