ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların 10 il uzadılması haqqında qanun qüvvəyə minib

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların 10 il uzadılması haqqında qanun qüvvəyə minib Barak Obama sənədi nə imzalayıb, nə də ondan imtina edib
Region
15 Dekabr , 2016 11:00
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların 10 il uzadılması haqqında qanun qüvvəyə minib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətinin daha 10 il uzadılması haqqında qanun qüvvəyə minib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Konqres qanun layihəsini təsdiqləyib. 

Məlumata görə, ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan qanunu ya imzalamalı, ya da ondan imtina etməli idi. İnformasiyaya əsasən, prezident sənədi nə imzalayıb, nə də ondan imtina edib. Bu halda da qanun qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi