​ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

​ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb Hadisə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Naqo şəhərinin şərqində yerləşən bazasında baş verib
Region
12 Avqust , 2015 14:17
​ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

Bakı. 12 avqust. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin helikopteri Yaponiyanın Okinava adasının 30 kilometrliyində qəzaya uğrayaraq dənizə düşüb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Hadisə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Naqo şəhərinin şərqində yerləşən bazasında baş verib.

Məlumata görə, helikopterin göyərtəsində 5-8 nəfər olub. Onların taleyi barədə məlumat verilməyib. 

Sahil-gözətçi xidmətinin əməkdaşları axtarış-xilasetmə əməliyyatı keçirməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi