ABŞ-ın hərbi texnikası "Agile Spirit" təlimlərində iştirak etmək üçün Gürcüstandadır - VİDEO

ABŞ-ın hərbi texnikası "Agile Spirit" təlimlərində iştirak etmək üçün Gürcüstandadır - VİDEO İki həftəlik hərbi təlimlər Axaltsixe şəhəri yaxınlığında yerləşən poliqonda keçiriləcək
Region
1 Sentyabr , 2016 10:10
ABŞ-ın hərbi texnikası Agile Spirit təlimlərində iştirak etmək üçün Gürcüstandadır - VİDEO

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Agile Spirit" çoxmillətli hərbi təlimlərdə iştirak etmək ABŞ-ın hərbi texnikası, o cümlədən zirehli nəqliyyat vasitələri və artilleriya topları bərə vasitəsilə Bolqarıstandan Gürcüstana gətirilib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, iki həftəlik hərbi təlimlər Axaltsixe şəhəri yaxınlığında yerləşən poliqonda keçiriləcək.

ABŞ-ın Avropadakı Dəniz Qüvvələrinin məlumatına görə, təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya və Ukraynadan olan hərbçilər iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi