Yuxarı
    Bağlamaq

    ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”

    Reks Tillerson: “Rusiya yerini müəyyənləşdirməlidir”

    Bakı. 28 aprel. REPORT.AZ/ “Biz bu görüşdə heç nəyi həll etmədik”.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya səfəri ilə bağlı “NPR” radiosuna müsahibəsində bildirib.

    “Rusiya müəyyənləşdirməlidir ki, qlobal dünyanın müsbət, yoxsa dağıdıcı hissəsi olmaq istəyir”, - deyə o, vurğulayıb.

    Qeyd edək ki, Reks Tillerson aprelin 12-də Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi