ABŞ-ın dövlət katibi ilə Türkiyə XİN başçısı arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi ilə Türkiyə XİN başçısı arasında telefon danışığı olub Con Kerri Mövlud Çavuşoğlu ilə İraqdakı vəziyyət başda olmaqla bölgədəki durumu müzakirə edib
Region
9 Dekabr , 2015 12:14
ABŞ-ın dövlət katibi ilə Türkiyə XİN başçısı arasında telefon danışığı olub

Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər İraqdakı vəziyyət başda olmaqla bölgədə cərəyan edən prosesləri müzakirə ediblər.

Qeyd edək ki, İraq hökuməti hazırda terrorçu İŞİD-in nəzarəti altında olan Mosul yaxınlığındakı Türkiyə hərbi bazasının çıxarılmasını tələb edir. Bundan başqa İraqın şimalındakı Muxtariyyətin başçısı Məsdu Barzani bu gün Türkiyəyə səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi