​ABŞ dövlət katibi Gürcüstana səfər edəcək

​ABŞ dövlət katibi Gürcüstana səfər edəcək Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasının gerçəkləşdirilməsi məsələləri üzrə plenar sessiya keçiriləcək
Region
5 Fevral , 2015 17:12
​ABŞ dövlət katibi Gürcüstana səfər edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri yaxın zamanda Gürcüstana səfər edəcək.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfərinin yekununa dair keçirdiyi mətbuat konfransında Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili deyib.

Onun sözlərinə görə, yaxın zamanda Tiflisdə Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasının gerçəkləşdirilməsi məsələləri üzrə plenar sessiya keçiriləcək.

Nazir tədbirin keçiriləcəyi tarixi açıqlamasa da, sessiyanın işində Con Kerrinin iştirak edəcəyini söyləyib.

Xatırladaq ki, bu sənəd 2009-cu ilin yanvarında Vaşinqtonda imzalanıb. Xartiya təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat və humanitar sahələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi