Yuxarı

​ABŞ-ın dövlət katibi 6-7 iyul tarixlərində Gürcüstan və Ukraynaya səfər edəcək

Kerri Kiyevdə prezident Pyotr Poroşenko ilə görüşəcək

Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri 6-7 iyun tarixində Gürcüstan və Ukraynaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Kerri, xüsusilə Kiyevdə prezident Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman ilə görüşəcək.

Gözlənilir ki, Kerri Ukraynaya səfərdən sonra 8-9 iyul tarixlərində Varşavada keçiriləcək NATO sammitində ABŞ prezidenti Barak Obamanı müşayiət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi