Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyası Rusiyanı, hazırkı prezidenti Donald Trampın seçki qərargahını və “WikiLeaks”i məhkəməyə verib.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, onlar 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etməkdə ittiham olunurlar.
İttihamnamədə D.Trampın seçki qərargahı Rusiya hakimiyyəti və kəşfiyyatı ilə əlbir olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintona zərər vurduqları qeyd edilib.