ABŞ-ın Baş Qərargahlar rəisi Türkiyədə səfərdədir

ABŞ-ın Baş Qərargahlar rəisi Türkiyədə səfərdədir O, İncirlik həbri bazasında türkiyəli həmkarı ilə görüşüb
Region
17 Fevral , 2017 12:41
ABŞ-ın Baş Qərargahlar rəisi Türkiyədə səfərdədir

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danford fevralın 17-də Bakıdan Türkiyəyə səfər edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, o, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarla görüşüb.

Görüş Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasında keçirilib və ABŞ-ın həyata keçirdiyi Rakka əməliyyatına Türkiyə hərbçilərinin qatılıb-qatılmaması məsələsi də müzakirə edilib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danford rusiyalı həmkarı Valeri Gerasimovla Bakıda görüş keçirib. 

Son xəbərlər

Orphus sistemi