ABŞ-ın “arzuolunmaz şəxs” elan etdiyi Rusiya diplomatları Moskvaya qayıtmaq üçün bilet tapmırlar

ABŞ-ın “arzuolunmaz şəxs” elan etdiyi Rusiya diplomatları Moskvaya qayıtmaq üçün bilet tapmırlar Bütün hallarda diplomatlar Yeni ili təyyarədə qarşılayacaqlar
Region
30 Dekabr , 2016 14:08
ABŞ-ın “arzuolunmaz şəxs” elan etdiyi Rusiya diplomatları Moskvaya qayıtmaq üçün bilet tapmırlar

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın “arzuolunmaz şəxs” elan etdiyi Rusiya diplomatları ABŞ-dan ölkələrinə getmək üçün bilet tapmaqda çətinlik çəkirlər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Moskvaya qayıtmaq istəyən diplomatlar bilet tapmırlar. 

“Bilet yoxdur.Yeni il qabağı olduğu üçün bütün biletlər satılıb. Onların ABŞ-ı tərk etmələrinə isə 72 saat vaxt verilib. Bu müddət ərzində onların ölkədən çıxa biləcəklərini deməkdə çətinlik çəkirəm,” - deyə agentliyiə açıqlama verən şəxs vurğulayıb.

Onun sözlərinə görə, diplomatlar Moskvaya uçmaq üçün Vaşinqtondan Nyu-Yorka getməlidirlər: “Onların oradan bilet əldə etmə şansları daha çoxdur. Bütün hallarda diplomatlar Yeni ili təyyarədə qarşılayacaqlar”.

Qeyd edək ki, ABŞ hakimiyyəti Rusiyanın Vaşinqton və San-Fransiskodakı diplomatik təmsilçiliklərinin 35 diplomatının ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Rəsmi Vaşinqton bu tədbiri ABŞ diplomatlarının Rusiyada sıxışdırma kampaniyası ilə əsaslandırıb. Eyni zamanda, ABŞ prezidenti bu ölkədəki Rusiya diplomatlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu da bildirib. 

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi də daxil olmaqla, dövlətin 5 qurumu və 6 fiziki şəxsə şamil edilən sanksiyanı imzalayıb. 

Son xəbərlər

Orphus sistemi