ABŞ: İranın nüvə proqramı ilə bağlı danışıqlar "sərt və ciddi" olub

ABŞ: İranın nüvə proqramı ilə bağlı danışıqlar "sərt və ciddi" olub ​ABŞ, İran və Avropa İttifaqı arasında İranın nüvə proqramı ilə bağlı Omanda baş tutan danışıqlar sərt və ciddi olub
Region
11 Noyabr , 2014 01:32
ABŞ: İranın nüvə proqramı ilə bağlı danışıqlar sərt və ciddi olub

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ, İran və Avropa İttifaqı arasında İranın nüvə proqramı ilə bağlı Omanda baş tutan danışıqlar sərt və ciddi olub.

Report-un BBC-yə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki hazırki danışıqlar mərhələsi yekunlaşmayıb bu isə o deməkdir ki irəlləyişə ümid hələ də tükənməyib.

Qeyd edək ki danışıqlarda ABŞ dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edirlər.

ABŞ prezidenti Barak Obama ötən gün bəyan etmişdi ki Omandakı danışıqlardan nəticə gözləmir çünkü tərəflər arasında hələ də ciddi fikir ayrılığı mövcuddur.

Son xəbərlər

Orphus sistemi