ABŞ İranın məşhur generalını terrorçular siyahısına daxil edib

ABŞ İranın məşhur generalını terrorçular siyahısına daxil edib Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ və 6 ərəb dövləti İran İnqilab Keşikçiləri Qvardiyasının “əl-Qüds” qoşununun komandanı general Qasım Süleymani daxil olmaqla 9 nəfərin adını terrorçular siyahısına daxil edib.
Region
24 Oktyabr , 2018 10:57
ABŞ İranın məşhur generalını terrorçular siyahısına daxil edib
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ və 6 ərəb dövləti İran İnqilab Keşikçiləri Qvardiyasının “əl-Qüds” qoşununun komandanı general Qasım Süleymani daxil olmaqla 9 nəfərin adını terrorçular siyahısına daxil edib.

“Report” xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının “SPA” rəsmi informasiya agentliyi yayıb.

İran generalını terrorçu elan edən ölkələr arasında ABŞ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və Oman da var.

Əfqanıstandakı terrorçu “Taliban”la əlaqədə saxladığı bildirilən 6 nəfər, İran İnqilab Keşikçiləri Qvardiyası, o cümlədən 3 iranlı - general Qasım Süleymani, Həmid Abdullahi və Əbdürriza Şehlayi terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi bir müddət əvvəl bəyan etmişdi ki, İnqilab Keşikçiləri Qvardiyası dağıdıcı və terror fəaliyyəti ilə məşğuldur və qvardiya ilə əlaqəli olan 3 nəfəri terrorçular siyahısına daxil etmişdi. 

Q.Süleymaninin başçılıq etdiyi qoşun İraq, Suriya və bəzi ərəb ölkələrində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi