​ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

​ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib Siyahıya 11 hüquqi və fiziki şəxs düşüb
Region
18 Yanvar , 2016 01:54
​ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyi Tehranın nüvə proqramı ilə əlaqəli olan İran, Çin və BƏƏ-nin bir sıra vətəndaş və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Amerikanın maliyyə idarəsinin saytında məlumat dərc olunub.

Qadağalar siyahısına İranın ballistik raketlər sınağı proqramında bilavasitə iştirak edən 11 hüquqi və fiziki şəxs düşüb. Nazirliyin bəyanatında bildirilir ki, şirkətlər İrana raketlərin sınaqdan keçirilməsi üçün lazım olan avadanlığı tədarük etmək qadağasını pozublar.

"İranın ballistik raket proqramı regional və qlobal təhlükəsizlik üçün böyük təhlükə kəsb edir və beynəlxalq sanksiyalara məruz qalacaq", — deyə Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin qeyd edib.

Son xəbərlər

Orphus sistemi