Yuxarı

ABŞ İrana qarşı sanksiyaları yumşaldıb

ABŞ Ədliyyə Nazirliyi əvvəllər qadağan olunmuş bəzi dollar əməliyyatlarının icazə verildiyi sənədi dərc edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ ABŞ xarici şirkətlərin bizneslə məşğul olmasını sadələşdirərək İrana qarşı sanksiyaları yumşaldıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi əvvəllər qadağan olunmuş bəzi dollar əməliyyatlarının icazə verildiyi sənədi dərc edib. ABŞ hökuməti İran və ofşor bank müəssisələri arasında işlərin qurulmasına icazə verib. Həmçinin, ABŞ sanksiyalarına düşən şəxs tərəfindən nəzarət oluna bilən İran şirkətləri ilə əməliyyatların keçirilməsinə qadağa aradan qaldırılıb. 

Nüvə razılaşmasına baxmayaraq, ABŞ hökuməti İrana qarşı sanksiyaları götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi