ABŞ İncirlikdəki hərbi bazasının daha bir hissəsini Türkiyədən çıxarıb

ABŞ İncirlikdəki hərbi bazasının daha bir hissəsini Türkiyədən çıxarıb Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ Türkiyənin Adana bölgəsindəki İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Armag” mobil silah deposunu başqa yerə köçürüb.
Region
3 Aprel , 2018 13:38
ABŞ İncirlikdəki hərbi bazasının daha bir hissəsini Türkiyədən çıxarıb

Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ Türkiyənin Adana bölgəsindəki İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Armag” mobil silah deposunu başqa yerə köçürüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, buna səbəb olaraq, deponun İncirlikdə qalmasına ehtiyac olmadığı göstərilib.

Məlumata görə, depo müharibə əməliyyatlarının həyata keçirildiyi başqa bir bazaya aparılıb. Amma həmin bazanın hansı ölkədə yerləşdiyi açıqlanmayıb. 

Bununla da ABŞ bu bazadan köçürdüyü silah deposunun sayı 3-ə çatıb. Deponun birinin ağırlığı 40 ton, uzunluğu 15 metrdir. Depo İncirlik ərazisindəki Travis hərbi hava bazasından gələn 22-ci Hava Nəqilyyat Donanmasına aid “C-5M Super Galaxy” yük təyyarəsi ilə yeni ünvana daşınıb.  

ABŞ Hərbi Hava Qüvvələri uzun illərdir Adanadakı İncirlik bazasında “Armag” mobil silah deposu yerləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ hərbçilərini Türkiyə və Qətərdən çıxararaq, İordaniya və Küveyt ərazisindək bazaya köçürəcəyi barədə məlumat yayılmışdı. Bu xəbər yayıldıqdan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbçilərinin Türkiyədəki "İncirlik" və Qətərdəki "Əl-Udeyd" hərbi bazalarının tərk edilməsi barədə KİV-də yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Travis hərbi hava bazası ABŞ-ın Kaliforniya ştatında yerləşir.

Son xəbərlər

Orphus sistemi