ABŞ hərbi təyyarəsi Krım sahillərində kəşfiyyat aparıb

ABŞ hərbi təyyarəsi Krım sahillərində kəşfiyyat aparıb Hava gəmisi Siciliyadakı Siqonella aviabazasından havaya qalxıb
Region
18 Aprel , 2017 00:37
ABŞ hərbi təyyarəsi Krım sahillərində kəşfiyyat aparıb

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "R-8A Poseidon" gəmi əleyhinə gözətçi təyyarəsi Krımın cənub sahillərində növbəti dəfə kəşfiyyat uçuşu edib.

"Report" xəbər verir ki, bu barədə hərbi aviasiyanın hərəkətlərini izləyən Qərb saytları yazıb.

Bəzi xəbərlərə görə, bort nömrəsi 168756 olan hava gəmisi Siciliyadakı Siqonella aviabazasından havaya qalxıb. Təyyarə Sevastopoldan cənub-qərbdə kəşfiyyat aparıb.

Son xəbərlər

Orphus sistemi