Yuxarı

ABŞ Gürcüstan sərhədçilərinə iki gəmi hədiyyə edəcək

Sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ Gürcüstan Sahil Mühafizə Xidmətinin sərhəd polisinə iki gəmi hədiyyə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, ölkənin daxili işlər naziri Georgi Mqebrişvilinin ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşünün yekunundan sonra bu xəbər yayılıb.

Xəbərdə bildirilib ki, sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək. Həmin səfər çərçivəsində Baltimorda "İsland" tipli iki gəminin Gürcüstana təhvil verilməsi ilə bağlı təntənəli tədbirin keçiriləcəyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi