ABŞ Federal Təhqiqatlar Bürosunun Türkiyə üzrə nümayəndəsi polisə çağırılıb

ABŞ Federal Təhqiqatlar Bürosunun Türkiyə üzrə nümayəndəsi polisə çağırılıb Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb. 
Region
13 Dekabr , 2017 19:16
ABŞ Federal Təhqiqatlar Bürosunun Türkiyə üzrə nümayəndəsi polisə çağırılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-da keçirilən məhkəmə prosesində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədən qaçmış üzvü, keçmiş polis rəisi müavini Hüseyin Korkmazın irəli sürdüyü iddialardır. 

Qeyd edək ki, H.Korkmaz Nyu-Yorkda saxlanılan Türkiyə Xalq Bankının keçmiş sədr müavini Hakan Atillanın məhkəməsində FBİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da qaldığı evin kirayəsini prokurorluğun ödədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi