​ABŞ Gürcüstana 200 əsgər göndərir

​ABŞ Gürcüstana 200 əsgər göndərir Onlar hərbi təlimdə iştirak edəcək
Region
23 Aprel , 2015 11:28
​ABŞ Gürcüstana 200 əsgər göndərir

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın 200 əsgəri Gürcüstan da keçiriləcək "Yüksək səviyyəli tərəfdaş" ("Noble Partner") adlı hərbi təlimə qatılacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb. 

Xəbərə görə, hərbi təlim bu il mayın 11-dən 25-dək Gürcüstanın Vaziani hərbi bazasında keçiriləcək.

Təlimin keçirilməsində məqsəd NATO-nun çevik qüvvələrində gürcüstanlı və amerkalı hərbçilərin biri-birinə uyğunluğunu artırmaqdır.

Məlumatda bildirilib ki, NATO-nun çevik qüvvələri 2002-ci ildə yaradılıb: "Bu çoxmilli silahlı qüvvələr təcili olaraq vacib bölgələrə göndərilir. "Yüksək səviyyəli tərəfdaş" təlimləri üzərində iş 2013-cü ildən, Gürcüstan çevik qüvvələrə qoşulmağa hazır olduğunu bildirdiyi tarixdən başlayıb. ABŞ isə Gürcüstanın bu proqramda iştirakını maliyyələşdirir. Bu təlim ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın davamıdır ".

Son xəbərlər

Orphus sistemi