Yuxarı

​ABŞ Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa dair ittihamlara cavab verib

Amerikanın İrəvandakı səfirliyi İzvestiya qəzetinin iddiasına münasibət bildirib

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın İrəvandakı səfirliyi Amerikanın Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyəni qızışdırmasına dair irəli sürülən ittihamları rədd edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səfirliyin yaydığı bəyanatda Amerika tərəfinin Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını qürurla maliyyələşdirdiyi qeyd olunub.

"Bu yaxınlarda "İzvestiya" qəzeti Rusiyanın İrəvandakı səfirliyi və Ermənistanın diplomatik dairələrindəki ehtimal edilən mənbələrə istinadən məlumat yayıb ki, ABŞ  anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq üçün Ermənistandakı müxalifət partiyalarını birbaşa maliyyələşdirir. Biz bütün bunlarla əlaqədar olaraq bir söz deyə bilərik - "xeyir"", - deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, məqalədə sürrealist iddialar yer alıb.

"ABŞ səfirliyi və USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarını qürurla və tamamilə şəffaf şəkildə maliyyələşdirir və onlara demokratik institutların gücləndirilməsi və sıravi erməninin həyatının yaxşılaşdırılması üçün alətlər verir", — deyə bəyanatda vurğulanır.

Bundan əvvəl "İzvestiya" qəzeti Rusiyanın İrəvandakı səfirliyinə istinadən məlumat vermişdi ki, ABŞ erməni müxalifətini maliyyələşdirir və bu vasitə ilə Ermənistan vətəndaşlarını Rusiya əleyhinə qaldırır. Erməni diplomatik dairələrindəki mənbə qəzetə bildirmişdi ki, "Amerika strukturları" müxalifətin gənclərdən ibarət qanadının üzvlərinə Rusiya səfirliyi istiqamətində etiraz yürüşündə iştirak etmək üçün pul verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi