ABŞ Ermənistana islahatlar üçün 140 mln. dollar yardım ayıra bilər

ABŞ Ermənistana islahatlar üçün 140 mln. dollar yardım ayıra bilər Bunu Amerikanın dövlət katibi Mayk Pompeo deyib
Region
23 May , 2018 04:45
ABŞ Ermənistana islahatlar üçün 140 mln. dollar yardım ayıra bilər

Bakı. 23 may. REPORT.AZ/ Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılmasına 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun çərşənbə axşamı Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunur.

"Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq. Amma Ermənistan layihədə iştirak etmək üçün ərizə ilə ölkədə baş verən müsbət dəyişikliklər barədə məlumat verməlidir", - deyə məktubda bildirilir.

Son xəbərlər

Orphus sistemi