Yuxarı
    Bağlamaq

    ABŞ dövlət katibinin müavini Türkiyədə səfərdədir

    Entoni Blinken terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Vaşinqtonla Ankaranın əməkdaşlığını müzakirə edəcək

    Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin müavini Entoni Blinken Türkiyədə səfərdədir.

    "Report" ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, diplomatın səfəri sentyabrın 28-də başa çatacaq.

    İnformasiyaya görə, E.Blinken səfər çərçivəsində Türkiyə rəsmiləri ilə görüşəcək, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Vaşinqtonla Ankaranın əməkdaşlığını, eləcə də ikitərəfli strateji əməkdaşlıq və başqa məsələləri müzakirə edəcək.

    Dövlət katibinin müavinini səfərdə ABŞ prezidentinin xüsusi təmsilçisi Brett Makqurk və dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Conatan Koen müşayiət edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi