ABŞ dövlət katibinin müavini: "Azərbaycanlı girovlar geri qaytarılmalıdır"

ABŞ dövlət katibinin müavini: "Azərbaycanlı girovlar geri qaytarılmalıdır" "Bu məsələ İrəvana səfər zamanı qaldırılacaq"
Region
17 Fevral , 2015 13:29

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanlı girovlar geri qaytarılmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland bildirib. 

O qeyd edib ki, ABŞ son 6 ay ərzində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində müşahidə olunan gərginlikdən narahatdır. "Bu mənim mesajımdır və bunu İrəvana səfərim zamanı orada bildirəcəyəm. Biz istəyirik ki, zorakılığa son qoyulsun, tərəflər danışıqlar masası arxasına qayıtsınlar. Biz sülh prosesini dəstəkləmək istəyirik", - V.Nuland vurğulayıb. 

Ermənistanda olan azərbaycanlı girovlar haqqında jurnalistlərin suallarına cavab verən V.Nuland bildirib ki, bu məsələni İrəvanda qaldıracaq: "Girovlar humanist bir addım atılaraq geri qaytarılmalıdır. Mən bu məsələni İrəvana səfərim zamanı qaldıracağam". 

Son xəbərlər

Orphus sistemi