Yuxarı

​ABŞ dövlət katibinin köməkçisi Ankaraya səfər edib

O, Türkiyənin Xarici İşlər Nazirliyində görüşlər keçirir

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya əlaqələri üzrə köməkçisi Viktoriya Nuland Türkiyəyə səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Türkiyənin Xarici İşlər Nazirliyində görüşlər keçirir və "Rusiyaya Suriyaya müdaxiləsinə görə nə edilə bilər?" mövzusunu müzakirə edəcək.

Xəbərdə bildirilib ki, rəsmi Ankara ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu "PYD"yə ("Demokratik Birlik Partiyası") 50 ton və ya 27 konteyner silah-sursat verməsinə də Ağ evdən cavab gözləyir. V.Nullandın keçirəcəyi görüşdə bu məsələnin də müzakirə olunacağı ehtimal edilir.

ABŞ diplomatı oktyabrın 10-da Ankarada dəmiryolu vağzalında terror hadisəsi baş vermiş yeri ziyarət edərək ora gül dəstəsi qoyub.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi