Bakı. 11 yanvar. REPORT.AZ/ “ABŞ “PYD”ni (terrorçu PKK-nın Suriyadakı qolu – “Report”) terrorçu təşkilat kimi tanımır və Suriya ilə bağlı danışıqlar prosesində həmin təşkilatın nümayəndəsinin də iştirak etməsini istəyir”.
“Report” DHA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsününü müavini Mark Toner Vaşinqtonda keçirdiyi gündəlik mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyır. “PYD”-ni isə terror təşkilatı saymır: "Onlara silah deyil, bəzi taktiki dəstək veririk”.